Ermənilərin cəbhə təxribatı

Ermənilərin cəbhə bölgəsində təxribatı davam edir.

ANS PRESS-in Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 62 dəfə pozub.

Göranboy, Ağdam, Tərtər, Xocavənd, Füzuli, Cəbrayil, Qazax rayonlarında yerləşən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub. …read more

From:: ANS