Ərdoğan Məkkəyə getdi (FOTO)

Türkiyə prezidenti Səudiyyə Ərəbistanına rəsmi səfər edib.

ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ciddə Kral Abduləziz hava limanında şəhər valisi Mushil bin Macit, Türkiyənin ər-Riyad səfiri Yusun Dəmirər və digər rəsmi nümayəndələr tərəfindən qarşılanıb.

Prezidentin xanımı Əminə Ərdoğanla yanaşı, baş nazir köməkçiləri, xarici işlər naziri Mövlud Çavuşoğlu, jurnalistlər və iş adamları da Ciddəyə səfər edənlər arasında olub.

R.T.Ərdoğan hava limanındakı kral qonaqxanasında ehrama girərək Məkkəyə gedib. Məkkədə Məscid-i Haram girən prezidentin Kəbə və ümrə ziyarətlərindən sonra bu gün Mədinəyə – Məhəmməd peyğəmbərin qəbrinə baş çəkəcəyi gözlənilir.

Ərdoğan Məkkə və Mədinədəki proqramlarını başa vurduqdan sonra ər-Riyada üz tutaraq, orada SƏudiyyə Kralı Salman bin Abdüləziz Əl Suud ilə görüşəcək.

…read more

From:: ANS