Yeni ilin yeni rekordu (VİDEO)

Yeni il bayramının yaxınlaşması ilə əlaqədar dünyanın bir çox ölkələrində müxtəlif tədbirlər keçirilir.

ANS TV-nin məlumatına görə, Hondurasda 3 minə yaxın adam bayram şamı formasında düzülərək yeni rekorda imza atıb. Yaşıl, sarı, qırmızı geyimli insanlar yolkanın bəzəklərini və ulduzunu da əks etdiriblər.

Mərasimdə iştirak edən Ginnessin rekordlar kitabının nümayəndəsi yolkanı 2945 nəfərin formalaşdırdığını və bunun rekordlar kitabına düşdüyünü bəyan edib.

Bundan əvvəlki “Canlı şam ağacı” rekordu Argentinaya məxsus idi. Bu ölkədə 2013-cü ildə 1900 nəfər yolka formalaşdırmışdı.

…read more

From:: ANS