Polis Bakıda əməliyyat keçirdi: saxlanılanlar var

Bakıda oğurluqla məşğul olan gənclər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Xəzər rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, Post Patrul Xidməti və 2-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 26-da səhər saatlarında Buzovna qəsəbəsi R.İmanov küçəsində Sənan Səfərova məxsus mağazanın qapı kilidini sındırmaqla, mobil telefon aksesuarları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Onlar Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Kənan Cavid oğlu Cabbarov, Lənkəran rayon sakini, 1997-ci il təvəllüdlü Nahid Valeh oğlu Mənsimov və Masallı rayon sakini 1998-ci il təvəllüdlü Zahir Rasim oğlu Mustafayevdir.

Faktla bağlı araşdırma aparılır …read more

From:: ANS