Leyla Əliyeva bu məşhurları Bakıya gətirəcək (FOTO)

Xəbər verdiyimiz kimi, fevralın 24-dən dünyada bestseller olan “Əli və Nino” romanı əsasında eyniadlı filmin çəkilişləri başlayıb.

Müəllifi Qurban Səid olan “Əli və Nino” romanı əsasında ekranlaşdırılan filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “Bafta” mükafatı sahibi Asif Kapadiya, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.

Filmdə Əlixan Şirvanşir obrazını Adam Bakri, Ninonu isə məşhur ispaniyalı aktrisa Mariya Valverde canlandıracaq. Aktyor heyətinə dünyanın məhşur kinoulduzları Mendi Petinkin və Konni Nilson da daxildir. Onlar Ninonun valideynlərini canlandıracaqlar.

“Əli və Nino” filminin yaradıcı heyəti

Filmdə tamaşaçılar həm də Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və Halit Ərgənç kimi sevilən aktyorları da görəcəklər. Ekran əsərinin çəkilişi üçün quruluşçu rəssam Karlos Konti, quruluşçu operator Gökhan Tiryaki, kostyum dizayneri Mişel Klepton və redaktor Aleksandr Berner daxil olmaqla dünya səviyyəsində bir komanda formalaşıb.

1900-cü il, Bakı Realnı Məktəbi. Həm Lev Nussimbaum, həm də “Əli və Nino” romanının xəyali qəhrəmanı Əli bu məktəbə getmişdir. İndi isə bura İqtisadiyyat Universitetidir.

Müqəddəs Nino məktəbi “Əli və Nino: Məhəbbət hekayəsi” romanında gürcü Ninonun liseyinin prototipi.

Buro 24/7 Azerbaijan “Əli və Nino” filmində çəkiləcək aktyorların yaradıcılığı ilə sizi daha yaxından tanış edir.

Adam Bakri rejissor Hani Əbu-Əssadın “Ömər” filmində oynadığı baş rola görə tanınır. Həmin film 86-cı Oskar mükafatının “Xarici dildə ən yaxşı film” nominasiyasında qısa siyahısına düşmüşdü. Adam Bakri kinematoqrafiyaya bağlı olan ailədəndir. Atası Məhəmməd Bakri aktyor və film rejissoru, böyük qardaşı Saleh Bakri teatr və film aktyoru, kiçik qardaşı Ziad Bakri da aktyor və rejissor ikimi fəaliyyət göstərir. Bakri Tel-Əviv universitetində İngilis ədəbiyyatı və teatr incəsənəti bakalavr dərəcəsini qazandıqdan sonra Nyu-York Li Strasberq Teatrı və Film İnstitutunda təlim keçib. Buradan ayrıldıqdan az sonra o, Hani Əbu-Əssadın “Ömər” filmində baş rola dəvət alıb.

Adam Bakri “Ömər” filmində

Mariya Valverde Rodriqer “Melissa: intim gündəlik”, “Borcia”, “Deşik”, Bolşevikin zəifliyi”, “Səma səviyyəsindən 3 metr yüksəkdə” və “Səma səviyyəsindən 3 metr yüksəkdə. Mən səni istəyirəm” filmlərindən …read more

From:: ANS