Restoranda müəmmalı ölüm

Hacıqabul rayonunda bir nəfər müəmmalı şəkildə ölüb.

Hacıqabul rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun Rəncbər kəndində restoranlardan birində 19 yaşlı Mürsəl Musayev qəfildən ölüb.

Bildirilir ki, M.Musayev və onun qeyri rəsmi nikahda olduğu Kürdəmirdən olan qadınla taksi ilə Bakıya gəlirmiş. Bakı-Qazax magistral yolunun Hacıqabuldan keçən hissəsində taksi xarab olub. Maşının təmir edilməsini gözləmək üçün M.Musayev və qadın ərazidəki restoranda çay içiblər.

Bu zaman Mürsəlin vəziyyəti pisləşib və ölüb.

Ölümün hansı şəraitdə baş verməsi ekspertizadan sonra məlum olacaq

Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırma aparılır. …read more

From:: ANS