Azərbaycanda narkokuryer ələ keçdi

Lənkəranda narkotik dövriyyənin qarşısı alınıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin baş narkotiklərlə mübarizə idarəsinin cənub bölgəsində regional şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Lənkəran rayonun Liman şəhər sakini, 19 yaşlı Arzuman Ehtiram oğlu Səlimzadədən külli miqdarda narkotik vasitələr aşkar edilərək götürülüb.

Saxlanılan şəxsdən götürülən narkotik vasitələrin – heroin, tiryək, həşişin umumi çəkisinin təqribən 1 kq-dan artıq olduğu bildirilir. Tutduğu əməldən peşiman olduğunu deyən Arzuman narkotik vasitəni 6 ay ərzində tanış olduğu iranlı sürücüdən əldə etdiyini deyib.

İlkin istintaqa ifadəsində Arzuman Səlimzadə özü də narkotik vasitə istifadəçisi olduğunu, atasının eyni əmələ görə 8 il məhkum edildiyini etiraf edib.

Faktla bağlı araşdırma başlayıb. Saxlanılan şəxsin kimlərlə əlbir işlədiyi istintaq nəticəsində müəyyən ediləcək. …read more

From:: ANS