I sinfə qəbul üçün nə lazımdır?

“I sinfə elektron sənəd qəbulu www.mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçiriləcək”. ANS PRESS-in məlumatına görə, bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb.
Məlumata görə, ümumilikdə, qeyd edilməlidir ki, tətbiq edilən elektron sistem mövcud olan I sinfə qəbul prosedurlarında hər hansı bir dəyişiklik nəzərdə tutmur.
Qəbulla bağlı BŞTİ bir necə suala cavab verib. ANS PRESS təqdim edir:

-Elektron sistemdən istifadə ödənişlidirmi?
-Xeyr, elektron sənəd qəbulu sistemindən istifadə üçün valideynlərdən (digər qanuni nümayəndələrdən) heç bir ödəniş tələb olunmur.

-Elektron ərizənin qeydiyyatı harada aparıla bilər?
-Qeydiyyat valideynin (digər qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya istəyi əsasında hər bir məktəbdə yaradılacaq qeydiyyat komissiyasında, ya da Bakı şəhərinin hər inzibati rayonunda fəaliyyət göstərəcək alternativ komissiya tərəfindən aparıla bilər.

-Alternativ sənəd qəbulu komissiyaları harada təşkil olunacaqdır?
-Səbail rayonu – 2 nömrəli THL, Nizami rayonu – 145 nömrəli, Nəsimi rayonu – 133 nömrəli, Yasamal rayonu – 18 nömrəli, Nərimanov rayonu – 47 nömrəli, Xətai rayonu – 191 nömrəli, Sabunçu rayonu – 252 nömrəli, Suraxanı rayonu – 114 və 279 nömrəli, Qaradağ rayonu – 166 və 274 nömrəli, Xəzər rayonu 26 və 156 nömrəli, Pirallahı rayonu 235 nömrəli, Binəqədi rayonu 115 və 276 nömrəli məktəblərdə təşkil olunacaqdır.

-Elektron sistemlə istifadəçi arasında hansı əlaqə vasitələrindən istifadə edilir?
-Mobil telefon və ya email ünvanı.

-Email ünvanı olmadan qeydiyyatdan keçmək mümkündürmü?
-Bəli. Qeydiyyat mobil telefon nömrəsi ilə keçirilə bilər.

-I sinfə qəbul üçün hansı sənədlərin təqdim edilməsi tələb olunur?
-Valideyn (digər qanuni nümayəndə) şagird qəbulu üzrə işçi qrupa aşağıdakı sənədləri təqdim etməlidir:
Şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti (uşağın doğum haqqında şəhadətnaməsi; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi; Birləşmiş Millətlər Təşkilatının Qaçqınların işləri üzrə Ali Komissarlığının Himayə Sənədi);
uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U);
2 (iki) ədəd 3×4 ölçüdə fotoşəkil;
məktəbəhazırlıq qrupunu bitirməsi haqqında arayış (əgər varsa);
valideynin (digər qanuni nümayəndənin) “Şəxsi Kabinet”indən çap çap olunmuş “Buraxılış vərəqi” (zəruri deyil).

– Məktəblərin seçimi hansı qaydada aparılır?
– Valideyn (digər qanuni nümayəndə) uşağının …read more

From:: ANS