Parisdə “Azərbaycan günü” ilə bağlı tədbir keçirilib

Fevralın 27-də Parisdə “Azərbaycan günü” ilə bağlı tədbir işə başlayıb. Tədbirin əsas məqsədi Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, tələbə və müəllim mübadiləsi, birgə proqramların həyata keçirilməsi imkanlarını dəyərləndirməkdən ibarətdir.

“Kampüs Frans” Agentliyinin direktoru Antuan Qrassən “Azərbaycan günü” tədbirini açıq elan edərək, onun əhəmiyyətini diqqətə çatdırıb. A.Qrassən Fransa-Azərbaycan təhsil əlaqələrinin inkişafında maraqlı olduqlarını bildirib, “Azərbaycan günü” çərçivəsində ölkələrimiz arasında təhsil sahəsində fikir mübadiləsinin aparılacağını qeyd edib. Tədbirdə ilk dəfə Azərbaycanın 10-na yaxın aparıcı universitet rəhbərlərinin təmsil edildiyini və bunun təhsil sahəsindəki əməkdaşlığın bariz nümunəsi olduğunu diqqətə çatdıran A.Qrassən, təhsilə bağlı Azərbaycan-Fransa arasında 2013-cü və 2014-cü illərdə iki forumun keçirildiyini xatırladıb, “Kampüs Frans”ın Bakıda nümayəndəliyinin açıldığını vurğulayıb.

Sonra Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov çıxış ediblər. Çıxışlarda Fransa Prezidenti Fransua Ollandın və Azərbaycan Prezidenti İlham Əliyevin qarşılıqlı səfərləri nəticəsində bir çox sahələrdə, o cümlədən təhsil sahəsində ölkələrimiz arasında yüksək səviyyədə əməkdaşlığın qurulduğunu və son illər nəzərəçarpacaq irəliləyişlərin əldə edildiyini vurğulayıb, Azərbaycanda Fransa İnstutunun fəaliyyətə başlamasının bu əməkdaşlığın bariz nümunəsi olduğunu bildiriblər.

Strasburq Universitetinin prezidenti Alen Beretz dialoq mühitində keçirilən bu tədbirdə ikili diplom proqramları, tələbə-müəllim mübadiləsi və elmi tədqiqatlar sahəsində əməkdaşlıq imkanlarından söhbət açıb. A.Beretz tədbirin davamı olaraq bu ilin mart ayında Fransa təhsil işçilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini diqqətə çatdırıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək, “Kampüs Frans” Agentliyinin rəhbərliyinə belə bir tədbirin təşkilinə görə təşəkkürünü bildirib. Nazir müavini qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən ölkələrimiz arasında, xüsusilə də mədəniyyət və təhsil sahəsində dinamik və məhsuldar əməkdaşlığın təməli qoyulub. Son illər Azərbaycan-Fransa əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini qeyd edən F.Qurbanov, ümummilli lider Heydər Əliyevin Fransa ilə əməkdaşlığa xüsusi önəm verdiyini, bu siyasətin hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Nazir müavini ölkəmizin sosial-iqtisadi yüksəlişi, xüsusilə son …read more

From:: ANS