“Aslanlar” zirvədə (VİDEO)

Türkiyə superliqasında 22-ci turun oyunlarına start verilib.

ANS PRESS-in məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Lider “Qalatasaray” dogma publika önündə “Ərciyəsspor”u sınağa çəkib. “Aslanlar” növbəti 3 xalı vurduqları 3 qolla qazanıblar – 3:1.

Bu gün isə turun 3 qarşılaşması keçiriləcək. Onlar içərisində “Konyaspor” – “Fənərbaxça” daha maraqla gözlənilir.

Qeyd edək ki, tura martın 2-də keçiriləcək “Trabzonspor” – “Karabükspor” matçı ilə başa çatacaq.

27 fevral
Türkiyə Superliqası, XXII tur

“Qalatasaray” – “Ərciyəsspor” – 3:1
Qollar: Bulut, 5 (1:0), Vlemink, 31 (1:1), Şedju, 53 (2:1), Sneyder, 90+1 (3:1)

28 fevral
15:30 “Gənclərbirliyi” – “Sivasspor”
18:00 “Rizəspor” – “Əskişəhərspor”
21:00 “Konyaspor” – “Fənərbaxça”

1 mart
15:00 “Akhisar” – “Başakşəhər”
15:00 “Qaziantepspor” – “Kasımpaşa”
18:00 “Bursaspor” – “Mersin İdmanyurdu”
21:00 “Beşiktaş” – “Balıkəsirspor”

2 mart
22:00 “Trabzonspor” – “Karabükspor” …read more

From:: ANS