Qarabağ indi həll olunmayacaq

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı perspektivlər dumanlı olaraq qalmaqdadır.

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klepper açıqlama verib.

Onun sözlərinə görə, son vaxtlar cəbhə xəttində artan gərginlik danışıqlar prosesini daha da çətinləşdirib.

“2014-cü ildə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejimi pozuldu və gərginlik artdı. Ölənlərin sayı rekord həddə çatdı. Təmas xəttində gərginliyin artması ondan xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunmayacaq”, – deyə Ceyms Klepper bildirib.

Qeyd edək ki, ötən ildə və bu ilin əvvəllərində erməni kəşfiyyat-təxriabt qrupları Azərbaycan Ordusunun mövqelərinə dəfələrlə hücum ediblər. Lakin düşmən xeyli itki verərək geri çəkilib. Ermənilər ümumilikdə 100-dən çox itki verib. …read more

From:: ANS