Əfsanəvi aktyor öldü

Amerikalı məşhur aktyorlardan biri dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, amerikalı tanınmış aktyor, rejissor, şair və eyni zamanda fotoqraf kimi də tanınan Leonard Nimoyun ölüm xəbəri yayılıb. Bu barədə onun həyat yoldaşı Suzan Bay Nimoy “New York Times” qəzetinə xəbər verib.

83 yaşlı əfsanəvi aktyorun nəfəs çatışmazlığı səbəbilə həyatdan köçdüyü bildirilir.

Bu həftə səhhətində narahatlıq hiss edilərək xəstəxanaya çatdırılan aktyor müalicə aldığı xəstəxanada vəfat edib.

O, TV-də olduqca populyar olan “Star Trek” serialında canlandırdığı Mr. Spok obrazı ilə yadda qalıb. …read more

From:: ANS