Bu paltar nə rəngdədir? – çox aldadıcıdır (FOTO)

Twitter sosial şəbəkəsində yayılan paltar şəkli hər kəsi çaşdırıb.

ANS PRESS-in məlumatına görə, foto 21 yaşlı şotland müğənni Caitlin McNeill tərəfindən paylaşılıb. Foto böyük marağa səbəb olub, minlərlə şərh yazılıb.

Paltarın hansı rəngdə olduğu soruşulur. Lakin cavablar müxtəlif olur. Belə ki, bir çoxları paltarın qızılı sarı və ağ olduğunu deyir, bəziləri isə mavi və qara rəngdə olduğunu qeyd edir.

Vaşinqton Universitetinin rənglər üzrə araşdırmaçısı Cey Neytz 30 ildir ki, bu işlə məşğul olduğunu, lakin belə bir şeylə ilk dəfə qarşılaşdığını deyir: “Bu indiyə kimi üzləşdiyim ən qeyri adi nümunədir”.

Neytz anlaşılmazlığın göz fiziyologiyası ilə bağlı ola biləcəyini bildirib. Onun sözlərinə görə, yaşı daha çox olan şəxslərin bu paltarı ağ və qızılı rəngdə görür. “Lakin bunu sübut edəcək qədər əlimdə dəlil yoxdur”.

Bəs, sizcə bu paltar hansı rəngdədir?

…read more

From:: ANS