Lənkəranda tarixi abidənin damı çöküb (FOTO)

Lənkəranın tarixi məkanlarından biri olan Dairəvi Qalanın dam örtüyü çöküb.

ANS PRESS-in məlumatına görə, bu barədə Lənkaranda fəaliyyət göstərən Hüquqi Yardım ictimai birliyinin sədri İlqar Qasımov “Facebook” səhifəsində məlumat yayıb.

İlqar Qasımov bunu çox məyusedici bir fakt kimi dəyərləndirib. Onun bildirdiyinə görə bir-neçə il Dairəvi Qala bir neçə il əvvəl təmir olunub.

Məlumatı yayan İlqar Qasımov bu vasitə ilə əlaqədar qürumların diqqətini Dairəvi Qalanın durumuna yönəltməyə çalışdığını bildirib.

“Bu gün axşam saatlarında şəhərdə icra hakimiyyəti binasının arxasında, Lənkəran çayının üstündən keçən körpüyə yaxın bir ərazidə yerləşən Dairəvi Qalanın yaxınlığından keçirdim. Gördüm ki, qürurla fəxr etdiyimiz, tarixi-diyarşünaslıq əhəmiyyəti olan, fəxrlə yerli və xarici turislərin seyr etdiyi tarixi bir qalanın damının bir hissəsi çöküb”,- deyə Qasımov bildirib.

…read more

From:: ANS