İrandan ABŞ-a böyük hədə (VİDEO)

İran İslam İnqilabı Keşikçiləri Qvardiyası Hörmüz boğazında genişmiqyaslı hərbi-dəniz və hava təlimləri keçirir.

ANS TV-nin İran bürosunun məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının Fars korfəzində və Hörmüz boğazında artıq üç gündür keçirdiyi genişmiqyaslı hərbi-dəniz və hava təlimləri davam edir. “Dahi Peyğəmbər – 9” adlı hərbi təlimlər zamanı ABŞ-a məxsus təyarə daşıyan gəminin maketi hədəf olaraq seçilib. Bu maket gəminin real ölçülərinə uyğun hazırlanıb.

İnqilab Keşikçiləri Dəniz Qüvvələrinin komandiri Sərdar Fədəvi bildirib ki, ABŞ-ın bu təyyarə daşıyan gəmisi uzun müdətdir ki, regiondadır: “Əlbəttə ki, bu gəmi regionun bütün ölkələrinə zərərdir. Bu cəhətdən onlar gərək başa düşsünlər ki, əgər beynəlxalq qaydalara riayət etməsələr gəmi ciddi xəsarət alacaq”.

Hərbi təlimlər zamanı pilotsuz təyyarənin vurulması və sualtı minaların basdırılması kimi əməliyyatlar həyata keçirilib. İran hərbçiləri həmçinin təkmilləşdirilmiş raket modelləri ilə dəniz sahilindən atışlar ediblər.

Təlimləri İranın bir sıra yüksək rütbəli şəxsləri izləyiblər.

“Təlimlərin mesajı bu ola bilər ki, İran Fars körfəzində və Oman dənizində hərbi sahədə böyük gücə malikdir. Bu güc digər ölkələrin əməkdaşlığı sayəsində regionda təhlukəsizliyi təmin edə bilər”, – deyə İran İslam Şurasının spikeri Əli Laricani vurğulayıb.

Təlimlərdə uzaq mənzilli raketlər daxil omaqla yeni silahlar da sınaqdan keçirilib.

Qərb kütləvi-informasiya vasitələri İranın keçirdiyi təlimləri İsrailə və ABŞ-a güc nümayişi kimi qiymətləndirib. Amma İran ordusunun ali komandanlığı təlimlər Fars körfəzində təhlukəsizliyin yaradılması uçun keçirilir, buna güc nümayişi adı verməksə okeanın o tayındakı düşmənlərin problemidir, deyə bəyan edib.

…read more

From:: ANS