15 yaşlı milyonçu (FOTO)

ABŞ-da 15 yaşlı qız öz şirkətini qurub. ANS PRESS-in məlumatına görə, Noa Mintz adlı lisey şagirdinin öz işçiləri də var.

Noa 3 il əvvəl dayə xidməti təklif edən sayt açıb. Başlanğıcda 50 müştərisi olan Noanın indi 200-ə yaxın müştərisi var. Noa hər işçisinə saatına 5 dollar ödəyir. İşə başlayanda o, orta hesabla 100 dollar qazanırdı. İndi isə onun illik gəliri təxminən 500 min dollardır.

Artıq kifayət qədər pul qazanan Noa məktəbə getməli olduğundan işlərini idarə etmək üçün işçi tutub və ofis icarəyə götürüb. O, “CNN”ə verdiyi müsahibəsində dərslərində müvəffəqiyyətli olmadığını deyib: “Dərslərimdə işlərimdə olduğum qədər müvəffəqiyyətli deyiləm, çətinlik çəkirəm. Amma, məncə, dərslərdə uğur qazanmaqla sahibkar olaraq uğur qazanmaq fərqli şeylərdir”.

…read more

From:: ANS