“Kurtlar Vadisi”nin məşhur aktyoru xəstəxanalıq oldu (FOTO)

Türkiyənin fenomen serialı “Kurtlar Vadisi”nin “Aksaçlı” ləqəbli aktyoru xəstəxanaya düşüb.

ANS PRESS-in məlumatına görə, Kuzey Vargin səhhəti ilə bağlı problemlər yaşayır. Usta oyunçu parkinson xəstəliyindən əziyyət çəkir.

Məşhur aktyorun gəzməkdə çətinlik çəkdiyi və bu səbəbdən fiziki müalicəyə başladığı bildirilir. İlk etapda bədəni müalicələrə müsbət reaksiya verdiyi üçün aktyor artıq gəzməyə başlayıb.

Xəstəliklə mübarizə aparan Vargin hələ uzun bir müddət müalicəsini davam etdirəcək.

Qeyd edək ki, Kuzey Vargin bir müddət öncə yüksək təzyiq və ürək çatışmazlığı səbəbiylə xəstəxanaya aparılmışdı. Aktyor müalicə aldıqdan sonra sağlamlığına qovuşmuşdu.

…read more

From:: ANS