Arif Yunus həbsdə qaldı

Bakı Apellyasiya Məhkəməsi Arif Yunusun həbs müddətinin avqustun 5-dək uzadılması ilə bağlı şikayətini təmin etməyib.

ANS PRESS-in xəbərinə görə, bu barədə Azadlıq Radiosuna onun vəkili Əfqan Məmmədov məlumat verib.

Vəkil həbs müddətinin uzadılmasını əsassız və ədalətsiz hesab edib, A.Yunusa qarşı heç bir istintaq hərəkətlərinin aparılmadığını söyləyib.

A.Yunus da həbs müddətinin uzadılmasının və cinayət işinin qanunsuz olduğunu bildirib.

Xatırladaq ki, Arif Yunus keçən ilin avqustunda həbs olunub. Onun həbsindən bir neçə gün əvvəl isə həyat yoldaşı Leyla Yunus tutulub. Onlar Ermənistanın xeyrinə casusluqda ittiham edilirlər. …read more

From:: ANS