Qiymət artıranlar cəzalandırıldı

İstehlakçıların qiymətdə aldadılması hallarının qarşısı alınıb.

İqtisadi və Sənaye Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, istehlak bazarında süni qıtlıq yaratmaq məqsədilə məhsulların dövriyyədən çıxarılmasının və əsassız qiymət artımının qarşısının alınması üçün reydlər aparılıb.

İstehlakçıların qiymətdə və çəkidə aldadılmasının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan yoxlamalar zamanı daha bir qanun pozuntusu aşkarlanıb.

Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 2, mərtəbə 1 ünvanında Şahin Ağalarova məxsus “Real-S” marketdə aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu məlum olub.

Bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülür. …read more

From:: ANS