Prezidentdən təbrik məktubu

Prezident İlham Əliyev Dominikan Respublikasının prezidenti Danilo Medinaya təbrik məktubu göndərib.

ANS PRESS-in məlumatına görə, prezidentin Dominikan Respublikasının dövlət başçısına ünvanladığı məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Dominikan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm”, – deyə məktubda qeyd edilib. …read more

From:: ANS