Qızları kartofa bənzətdilər

Erməni qızlarını kartofa bənzətdilər.

ANS PRESS-in məlumatına görə, bu bənzətməni elə Ermənistanın kənd təsərrüfatı naziri Serqo Karapetyan özü edib.

Onun bu kartof bənzətməsi İrəvanda böyük narazılığa səbəb olub. Aksiyaya çıxan onlarla insan hökumət evinin qarşısında toplaşaraq məmurdan qadınlardan üzr istəməsini tələb edib.

ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, fevral ayının 24-də Ermənistanın Şirak vilayətində fermerlərlə görüşən Karapetyan belə demişdi: “Kartof erməni qızı kimidir. Birinci istəyən şəxsə vermək lazımdır”.

Etiraz əlaməti olaraq aksiya iştirakçıları Ermənistanın hökumət binası qarşısına sinilərdə və sellofanlarda kartoflar gətiriblər. Onların əlində isə “Nazir, kartoşka ilə qızı ayıra bilmirsən?”, “Nazir, sizin uşaqlar da kartofdan doğulublar”, “Ermənistan qızlarından üzr istəməyi tələb edirik”, “Kartoşka sənsən” yazılan plakatlar tutublar.

Etirazçılar məmurlardan çıxışlarında daha diqqətli olmağı, rəsmi çıxışlarında təhqirə yol verməmələrini də istəyiblər.

Bundan sonra erməni nazir ölkəsinin qadınlarından onları kartofa bənzətdiyi üçün üzr istəyib. O, deyib ki, anlaşılmazlıq yaranıb və heç kimi təhqir etmək fikrində olmayıb. Karapetyan qadınlardan rəsmi şəkildə də üzr istəməyə hazır olduğunu deyib. …read more

From:: ANS