Bakıda “Opel” qəza törətdi, “Mercedes” yandı

Gecə saatlarında Bakı və Abşeron ərazisində iki avtomobilə ziyan dəyib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, paytaxtın Binəqədi rayonu ərazisində, “Opel” markalı minik avtomobili yoldan çıxaraq yolun kənarındakı beton dayaqlara çırpılıb.

Nəticədə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq xilas edilib.

Digər hadisə isə Abşeron rayonunda baş verib. Ceyranbatan qəsəbəsində vətəndaşa məxsus “Mercedes” markalı mikroavtobusun mühərrik hissəsində elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. …read more

From:: ANS