“Qanlı Yanvar” Türkiyə mediasında

Türkiyədə rejissor Vahid Mustafa Yevin “Qanlı Yanvar” filminin təqdimatı keçirilib.

ANS PRESS-in məlumatına görə, Azərbaycanın azadlıq mübarizəsini əks etdirən, ssenarisi və çəkilişi ilə mediada geniş tamaşaçı tərəfindən müsbət hislərlə qarşılanan “Qanlı Yanvar” filminin Türkiyə təqdimatı baş tutub. Bu barədə xəbərlər qardaş ölkə mətbuatında da öz əksini tapıb.

Baş rollarda türkiyəli məşhur aktrisa Nebahat Çehrə, aktyorlar Faiq Mirzəyev və Azər Aydəmirin oynadığı filmdə həmçinin, digər rollarda Tamilla Həmidova, Mina Seyid-Məmmədova və məşhur Hollivud ulduzu Len Devis çəkilib.

Çəkildiyi son filmin həyəcanını yaşayan aktrisa Nəbahat Çehrə qırmızı xalıda media mənsubları ilə hisslərini bölüşərkən geydiyi zərif geyimlə göz qamaşdırıb. Filmin qalasına qatılanlar arasında azərbaycanlı məşhur iş adamı Mübariz Mənsimov, eləcə də Mahsun Kırmızıgül, Buket Taşdələn, İpək Bilgin, Azəri Günel, İradə İbrahimova və millət vəkili Qənirə Paşayeva da olub.

Filmin qalası “Kanyon Cinemaximum Sinemaları”nda həyata keçirilib. Təqdimatda jurnalistlərin suallarını cavablandıran filmin senaristi və rejissoru olan Vahid Mustafa Yev filmi çəkiliş müddəti boyunca 75 gün komada qalan və fevralın 18-i vəfat edən anasına ithaf etdiyini bildirib.

Daha sonra məşhur simalar da filmin uğurundan söz açıblar. Azərbaycanlı deputat Qənirə Paşayeva filmin çox yaxşı olduğunu və buna görə komandanı təbrik etdiyini vurğulayıb.

Azərbaycanın yaxın tarixinə güzgü tutan, Vətən, ana və ailə məhəbbətindən bəhs edən “Qanlı Yanvar” filmi atrıq Türkiyə kinoteatrlarında da öz yerini alıb. …read more

From:: ANS