Ruslar iki kluba futbol dərsi keçdi

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilib.

Moskva “Dinamo”su Belçikanın “Anderlext” klubunu qəbul edib.

Hesabı 29-cu dəqiqədə qonaqlar açıb. Rusların cavabı 47-ci dəqiqədə gəlib: Aleksey Kozlov fərqlənib.

64-cü dəqiqədə Kokorin penalti zərbəsindən yararlana bilməsə də, Artur Yusupov belçikalıları məyus edib. Sonuncu dəqiqədə Kevin Kuranyi son nöqtəni qoyub – 3:1.

İlk görüş qolsuz bərabərə qaldığından, bu hesab rusları növbəti mərhələyə yüksəldib.

Sankt-Peterburqda isə yerli “Zenit” ilk görüşdə minimal hesabla qalib gəldiyi “PSV Eyndhoven”lə qarşılaşıb.

Bu dəfə də ruslar hollandlardan üstün olublar. Oyun “Zenit”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. …read more

From:: ANS