BMT və ABŞ xristianların müdafiəsinə qalxdı

BMT Təhlükəsizlik Şurası və ABŞ Suriyada suriyalı xristianların İŞİD cihadçı qruplaşması tərəfindən kütləvi şəkildə oğurlamasını pisləyib.

ANS PRESS-in məlumatına görə, BMT Təhlükəsizlik Şurası girovların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edib.

Bu dini azlığın yüzdən çox (bəzi mənbələrə görə isə dəfələrlə çox) nümayəndəsi ölkənin şimal-şərqindəki kəndlərdən oğurlanıb. Bu hücumlar ərzində cihadçılar evləri və kilsələri yandırıblar.

ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmisi Bernadette Meehan bu hücumları İŞİD-in günahsız insanlara qarşı tətbiq etdiyi vəhşiliyi növbəti təzahürü adlandırıb. O həmçinin terrorçuların yüzdən çox sünnü iraqlını girov götürdüyü və əsir kürdlərə qarşı son dərəcə qəddar davrandığı barədə məlumatları da misal göstərib.

ABŞ bundan sonra da İŞİD-ə qarşı mübarizəyə başçılıq edəcək və o gec-tez devriləcək. …read more

From:: ANS