Kerri və Zərif görüşəcək

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət katibi ilə İran İslam Respublikasının Xarici işlər naziri görüşəcək.

ANS PRESS-in məlumatına görə, ABŞ Dövlət katibi Con Kerri ilə İranın Xarici işlər naziri Məhəmmməd Cavad Zərifin növbəti görüşü martın 3-də İsveçrənin Montryo şəhərində baş tutacaq. Bu barədə “RIA Novosti” xəbər yayıb.

Diplomatik mənbələrə istinadən yazılan xəbərdə bildirilir ki, tərəflər arasında görüş BMT İnsan Haqları Şurasının 28-ci sessiyası çərçivəsində baş tutacaq.

Görüş zamanı əsas müzakirə mövzularından biri nüvə probleminin nizama salınması məsələsi olacağı gözlənilir.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri martın 1-də isə Rusiya Xarici işlər naziri Sergey Lavrovla görüşəcək. XİN rəhbərlərinin martın 2-də BMT İnsan Haqları Şurasının 28-ci sessiyasında çıxışı planlaşdırılıb. …read more

From:: ANS