ABŞ-da hicablı qızın məhkəmə skandalı (FOTO)

Amerika Birləşmiş Ştatlarında (ABŞ) gənc qızın hicablı olması səbəbilə işə götürülməməsi yolunu məhkəməyə aparıb.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Okahama ştatının Tulsa şəhərində yaşayan Samanta Elof adlı gənc qız ölkənin məşhur geyim mağazalarından birinin uşaq bölməsində işləmək üçün müraciət edib.

Əvvəlcə Elofun işə götürüldüyü deyilsə də, sonradan onun mağazanın geyim formasından kənara çıxması səbəbilə işə götürülməyəcəyi deyilib. Aldığı cavabdan təsirlənən Elof isə məhkəməyə şikayət etməli olub.

Məhkəmə əvvəlcə Elofun lehinə qərar çıxararaq, mağazadan qıza 20 min dollar təzminat ödəməyi bildirsə də, sonradan qərarın geri götürüldüyü açıqlanıb.

…read more

From:: ANS