Yaponiya raket buraxdı

Yaponiya Aerokosmik Tədqiqat Agentliyi kosmik fəzada asteroidə eniş edəcəyi planlaşdırılan raketi fəzaya buraxıb.

ANS PRESS-in məlumatına görə, Hayabusa-2 kosmik modulunun 2018-ci ildə asteroidə çatacağı və 18 aylıq araşdırmalardan sonra 2020-ci ildə geri dönüş edəcəyi planlaşdırılır. Modul asteroidin səthində və tərkibində olan maddələri araşdırıraq Yer planetində həyatın əmələ gəlməsi məsələsinə aydanlıq gətirməyə çalışacaq.

Ötən ay Avropa Kosmik Agentliyinin buraxdığı Fila kosmik modulu Yerdən 6 milyard kilometr aralıdan yerləşən kometin üzərinə tarixdə bir ilkə imza atmışdı. Lakin, günəş batareyları fəaliyyətini dayandırdığı üçün modul hazırda “yuxuya getmiş” hesab olunur. …read more

From:: ANS