“Valensiya”nın yetirməsi “Qarbağ”da

“Qarabağ” hücumameylli yarımmüdafiəçi alır. ANS PRESS-in məlumatına görə, ölkə çempionu ispaniyalı Dani Qiuntana ilə güclənir.

“Valensiya” klubunun yetirməsi olan 28 yaşlı Quintana ilə 3 illik müqavilə imzalanacaq. Futbolçu cari mövsümdə 2 klubda oynadığına görə, Ağdam təmsilçisi onun adını yalnız yayda iştirak ərizəsinə sala biləcək.

“İlyarımdan artıqdı ki, onunla yaxından maraqlanırdım. Hələ onda gətirmək istəyirdim, indi alındı”,- bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubunun çalışdırıcısı Dani Quintana haqda danışıb. Çempion mütəxəssis bildirib ki, ispaniyalı yarımmüdafiəçinin transferinin bu vaxta qalmasının səbəbi əvvəlki komandaları ilə bağlıdı:

“Polşada oynadı, ordan getdi Səudiyyə Ərəbistanına. Sənədlərini alması çətin olub. Biz istəyəndə müqaviləsi vardı. “Yagelloniya”dan ayrılanda isə bura gəlməsi mümkün olmadı. Artıq özüylə danışmışıq, yaxın günlərdə burdadı. Transfer vərəqi özündədi”. …read more

From:: ANS