İlanın qarnına girən kişi danışdı (FOTO,VİDEO)

Anakonda ilanının qarnına girərək görünməmiş addım atan jurnalist yaşadıqlarını danışıb. ANS PRESS-in məlumatına görə, Paul Rosolie özünün hazırladığı xüsusi geyim sayəsində ilan tərəfindən udulmasını təmin edib.

Paul bu zaman özündən çox dünyanın ən zəhərli inanının sağlamlığı haqqında düşündüyünü deyib. O, açıqlamasında ilanın qarnından necə çıxması barədə heç bir açıqlama verməyib. Lakin təcrübədən sonra anakondanın sağ qaldığını və onun sağlamlığı ilə bağlı heç bir problem olmadığını deyib.

İlanın insanı necə udması barədə veriliş “Discovery Channel” üçün çəkilib. “Eaten Alive” adlı proqram çəkilişləri zamanı təbiət mühafizəçisi olan Paul xüsusi bir geyim geyərək ilanın onu udmasını təmin edib. Rosoline 9 metrlik anakondanın qarnına girə bilib.
Onun üçün xüsusi hazırlanan geyim ilanın zəhərinə, sıxılmalara qarşı davamlı olub və 3 saata yaxın oksigen ehtiyatı ilə təmin edilib. Geyim də həmçinin gəncin ətrafla əlaqəsi üçün kamera və sensorlarda qurulub.
Rosolie ilanın diqqətini çəkmək üçün üstünə donuz yağı sürtüb.

Qeyd edək ki, adıçəkilən verilişin anonsu böyük rezonans doğurub. Proqram dekabrın 7-də yayımlanacaq.

…read more

From:: ANS