Fazil Mustafanın müharibə xəbərdarlığı

Hamını düşündürən sualın manatla bağlı olduğunu bilmək üçün hər yerdə təşviş içində olan insanların suallarını eşitmək yetərlidir. “Bu işlərin sonu necə olacaq, manat qalxacaqmı, əmanətlərin vəziyyəti, maaşların, pensiyalar qalxıb-qalxmayacaq?” kimi suallar insanları narahat edən məsələlərin başında gəlir. Ancaq ciddi təhlil edəndə bir məqam daha bariz şəkildə anlaşılır ki, insanlar aldadılmaqdan daha çox gileylidirlər. “Niyə bunu aldadaraq etdilər, əhaliyə xəbərdarlıq edilmədi?” kimi fikirlər də üstünlük təşkil edir.

ANS PRESS millət vəkili Fazil Mustafanın bu suallara cavabını təqdim edir:

“Əlbəttə, insanlara xəbərdarlıq deyəndə nəyi nəzərdə tutduqlarını özlərinə dərhal geri çevirmək olar. Hər kəsin qulağına durub pıçıldamayacaqlardı ki, sabah manatın kursu dəyişəcək və ya əvvəlcədən ərzaq məhsullarını alıb yığın evə ki, bahalaşma olacaq. Rusiya Krımı işğal edəndən sonra bu ölkəyə yönəlik sanksiyalar başlayanda artıq hər kəs Azərbaycanda da xəbərdar olmalıydı ki, əsas ixracatı neft və neft məhsulları olan Rusiyanı zəiflətmək üçün neft amilinə xüsusi diqqət yetiriləcək və bütün sanksiyaların ana mənbəyini neftin qiymətinin ucuzlaşması təşkil edəcək. Yəni müasir dövrün insanı anlamalı idi ki, neftin ucuzlaşması nəticəsində 90 faizdən yuxarı ixracatı neft və neft məhsularına bağlı olan Azərbaycanda da yaxşı heç nə baş verməyəcək. Yəni gözlənilənlər baş verdi. Neftin qiyməti 50-60 ABŞ dolları civarında var-gəl etməyə başlayanda artıq Azərbaycanda da manatın sabitliyinin qorunması siyasətindən əl çəkildi və milli valyutanın dollara nisbətdə ucuzlaşması baş verdi. Bundan sonra əhalinin daha da yoxsullaşması qaçınılmazdır, onsuz da vergi yükünü qaldıra bilməyən özəl sektora amansız bir zərbə dəyib, böyük layihələrin icrası çətinləşdi, banklardakı əmanətlər ucuzlaşdı, maaşlar 35-40 faizlik malların qiymətinin qalxması qarşısında inflyasiya yükünü qaldıra bilməyəcək vəziyyətə gətirildi. Bunlar manatın devalvasiyasının ortada olan hələ başlanğıc nəticələridir.

Ancaq bu hadisənin bəlkə də sezməkdə çətinlik çəkdiyimiz bir müsbət nəticəsi var: Azərbaycan xalqı, cəmiyyəti kütləvi narahatçılıq yaşamağa, sabah barədə düşünməyə hamılıqla məcbur oldu. Varlısı da, yoxsulu da sanki illərlə arxayınlaşmışdılar ki, bu həyat beləcə sabit gedəcək. Rəsmi təbliğat da analoqsuz inkişaf, bölgənin lider …read more

From:: ANS