Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, maqnitudası 3,8 bal gücündə olan təkanlar yerin 56 km dərinliyində qeydə alınıb. Təkanlar yerli vaxtla saat 11:24-də baş verib.

Zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, ölkədə 3 gün öncə də güclü zəlzələ baş verib. Zəlzələ Şəmkir rayonu ərazisində Gəncədən 32 km şimali-qərbdə zəlzələ qeydə alımışdı.

Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunmuşdu. …read more

From:: ANS