SOCAR-da “həyəcan siqnalı” (FOTO)

SOCAR-ın “Qaz İxrac” İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsində mülki müdafiə qüvvələrinin mövcud planına uyğun olaraq xəbərdarlıq-toplanış məşqi keçirilib.

ANS PRESS-in SOCAR-a istinadla verdiyi məlumata görə, məşq “həyəcan siqnalı”nın verilməsi ilə başlayıb.

Mülki müdafiə qüvvələrinin şəxsi heyətinə və onların tabel əmlaklarına baxış keçirilib. Funksional vəzifələri ilə əlaqədar sorğu aparılıb.

Mülki müdafiə qüvvələrinin şəxsi heyəti ilkin tibbi yardımın göstərilməsi, yanğının söndürülməsi, qəza xilasetmə və qəza bərpa işlərinin həyata keçirilməsini praktik nümayiş etdiriblər.

Məşqin gedişində FHN-nin Xaçmaz regional fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəhbər heyəti iştirak edib. Mülki müdafiə qüvvələrinin hazırlığı müsbət qiymətləndirilib, müvafiq tövsiyələr verilib.

…read more

From:: ANS