Hakan Şükürdən Azərbaycan tviti (VİDEO, FOTO)

Türkiyənin futbol üzrə yığmasının və “Qalatasaray”ın keçmiş oyunçusu Hakan Şükür Xocalı soyqırımından danışıb.

ANS PRESS-in məlumatına görə, tanınmış futbolçu öz tvitter hesabında Xocalı qətliamı, həmin faciənin şəhidləri haqqında yazı paylaşıb. O, 1992-ci il fevralın 26-da baş verən Xocalı sıyqırımını xatırlayaraq şəhidlərə rəhmət diləyib.

“23 il əvvəl bugünkü gündə Xocalı qətliamında soyqırıma məruz qalan qaradşlarımızı rəhmətlə yad edirik”, – deyə Hakan Şükür öz tvitter hesabında yazıb. O elə həmin tvitində Əhməd Şəfəqin ifasında olan “Qarabağ” mahnısını paylaşıb. Həmin videoda Xocalı soyqırımı haqqında məlumatlar və jurnalistlərin Xocalıda çəkdikləri kadrlar əks olunub.

…read more

From:: ANS