Girovlarımızla bağlı son qərar veriləcək

Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə “məhkəmə” qərarının açıqlanacağı vaxt bilinib.

ANS PRESS-in məlumatına görə, Xankəndində keçirilən “Apellyasiya məhkəməsi”nin qərarı 10 mart tarixində elan ediləcək.

Bu gün “Apellyasiya məhkəməsi”nin iclası keçirilib. “Məhkəmə”də girovlarımıza qarşı böhtan və ittihamlar səslənib.

Dilqəm Əsgərov isə özünü müdafiə edərək ittihamlara layiqli cavab verib. O bildirib ki, heç bir qətl törətməyib və Kəlbəcərə öz doğma torpaqlarını görməyə gəlib.

Qeyd edək ki, Azərbaycan tərəfi rəsmi səviyyədə bəyanatlar verərək girovların azad edilməsini tələb edir. Hətta, ABŞ və Rusiya da girovların qaytarılması ilə bağlı açıqlamalar veriblər. ABŞ girovların azad edilməsi ilə bağlı Ermənistana müraciət də ünvanlayıb.

Ancaq buna baxmayaraq Ermənistan hələ də günahsız azərbaycanlıları girov saxlayır. Ermənistan hökuməti doğma dədə-baba torpaqlarını ziyarət etmək üçün Kəlbəcərə gedən azərbaycanlılara diversant damğası vurub. …read more

From:: ANS