Uşağı erməni zabit vurub?

Xankəndidə azərbayjanlı girovlar üzərində qurulmuş məhkəmə məzhəkəsində guya onlardan müsadirə edilmiş avtomatlar nümayiş etdirilib.

ANS PRESS-in məlumatına görə, “məhkəmə”də həm də Kəlbəcərdə ölü tapılmış 15 yaşlı erməni yeniyetmə Smbat Tsakanyanın həmin silahlardan biri ilə qətlə yetirilməsi barədə ekspertiza rəyi olduğu iddia edilib. Ermənilərin iddialarına görə, Smbat Tsakanyanı Dilqəm Əsgərov öldürüb. Amma Dilqəm bunu təsdiqləməyib və uşağı öldürmədiyini deyib.

Əslində, nə baş verib? Dilqəm Əsgərov erməni “məhkəmə”sində əvvəlcə də bildirib ki, doğma kəndlərinə gedəndə üzərində yalnız ov tüfəngi olub. Amma indi ekspertizaya inansaq, uşaq avtomat gülləsindən ölüb.

Bəs onda ermənilərin məhkəməyə gətirdiyi bu avtomat kimə məxsusdur? Azərbaycan vətəndaşlarının Ermənistan ordusu tərəfindən girov götürldyü iyul ayının xronologiyasına nəzər salsaq görürük ki, əvvəl Kəlbəcərdə qanunsuz məskunlaşdırılmış ailənin oğlu Smbat Tsakanyan yoxa çıxır. Sonra isə elə həmin yerdə, həmin günlərdə Ermənistan ordusunun podpolkovniki, 43 yaşlı Sarkis Abramyan ölü tapılır. Səfərdə polkovnikin yanında olmuş Karine Davtyan isə yaralanıb.

“Məhkəmə”də Karine Davtyanın verdiyi ifadə də maraqlıdır. O, konkret olaraq azərbaycanlılar tərəfindən yaralandığını deməyib. İrəvan ətrafındakı Kotayk şəhərində yaşayan və əri olmayan irəvanlı yad kişi ilə heç bir səbəbi olmadan Azərbaycan ərazisinə gəlmiş qadın qəfil gülləyə tuş gəldiklərini, heç nə xatırlamadıqlarını deyib.

Elə müəmma da burdadır. 43 yaşlı Sarkis Abramyan yasaq eşq macərası yaşadığı Karine Davtyanla Kəlbəcərə “bal ayına” gedibmiş. O, qısqanclıq zəminində yəqin ki, 15 yaşlı Smbat Tsakanyanı öldürüb. Yəqin ki, buna səbəb Karine Davtyan olub. Erməni qadınların oğulları yerdə yeniyetmələrə meyl etməsi hətta Hollivud filmlərində də bəhs edilir. Sonuc isə aşiq cütlük üçün faciəvi qurtarıb – Smbat Tsakanyanın ailəsi onlardan intiqam alıb. Polkovnik-leytenantın yoxa çıxması Ermənistan ordusunun axtarışlarına səbəb olub və nəticədə Kəlbəcərə doğmalarının məzarını ziyarətə gedən azərbaycanlılar girov götürülüb.

Xatırladaq ki, Ermənistan tərəfi 2014-cü ilin iyul ayında yaxınlarının qəbrini ziyarət etmək üçün öz Kəlbəcərə getmiş Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov götürüb. Digər azərbaycanlı Həsən Həsənov isə işğalçı …read more

From:: ANS