Futbolun ən seksual qadınları (FOTO)

Futbolçu deyəndə ağla ilk olaraq yaşıl meydanlarda top qovan kişilər gəlir. Amma bu idman növü ilə məşğul olan qadınların da sayı kifayət qədər çoxdur.

Hətta demək olar ki, futbolçu qadınlar kişilərə meydan oxumağa belə başlayıblar. Bu oyunçular qabiliyyətləri ilə yanaşı gözəllikləri ilə də heyran edirlər.

Bu gözəllər futbola olan sevginin birə beş artmasına səbəb olurlar. ANS PRESS futbolun ən seksual 10 qadın oyunçusunu təqdim edir.

1- Ali Krieger
Müdafiəyə meyilli yarımmüdafiəçi olan 29 yaşlı amerikalı Ali Krieger 2012-ci ildə ciddi zədə alıb. Amma o, hələ də futbolsevərlərin sevimlisi olaraq qalmaqdadır.

2-Toni Duggan
“Everton”da forma geyən Duggan futbol həyatına 15 yaşında başlayıb. Bu günə qədər İngiltərə millisinin forması ilə 14 matçda 8 qol atıb. 2013-cü ildə Türkiyəyə qarşı het-trik edərək adını məşhurlaşdırıb.

3-Laure Boulleau
PSJ forması ilə 122 matça çıxan və klubun tarixinə adını yazdıran Laura Fransanın ən məşhur simalarındandır. O gözəlliyi sayəsində zaman-zaman jurnalların üz qabığına da çəkilir.

4-Hope Solo
Dünyanın ən yaxşı qadın qapıçılarındandır. 150 dəfə formasını geyindiyi ABŞ milli komandasında saysız uğurlar əldə edib. Solo çılpaq fotoları internetdə yayılandan sonra heyran kütləsini artırıb.

5- Anouk Hoogendijk
Hollandiya futbolunun divası “Arsenal”ın ən önəmli oyunçularındandır. İdeal forması və gözəlliyi ilə daima diqqət mərkəzində olub. 10 illik kariyerasında 94 dəfə millinin formasını geyinib.

6- Christen Press
Amerikalı gözəl Stenford universitetində oxuduğu zaman 70 qolla rekord vurub. Əla forvard olan Press, uzun boyu və gözəl siması ilə sevilən futbolçular arasına düşə bilib.

7- Sidney Leroux
Olimpiyadada qızıl medal qazanan Leroux həm oyunu, həm də gözəlliyi ilə heyran edir.

8- Heather Mitts
Futbol karyerasını bitirən Mitts 3 dəfə olimpiya medalçısı olub. 137 maçta forma geyən gözəl futbolçu “Playboy” tərəfindən də ən seksual idmançı seçilib.

9-Alex Morgan
Gözəlliyi və qabiliyyəti ilə ABŞ-ın bütün futbolsevənlərinin rəğbətini qazanıb.

10-Laisa Andrioli
Brazilyalı futbolçu oyundan əlavə, çılpaq şəkilləri ilə də gündəmdən düşmür. Onun ən diqqət çəkən özəlliyindən biri də tez-tez dəyişdiyi futbolçu sevgililəridir.

…read more

From:: ANS