Avropada jurnalist həbsi

Polis “Əl-Cəzirə”nin üç jurnalistini Parisin Bua de Bolon rayonunda qanunsuz dron uçurdulması şübhəsi ilə həbs edib.

ANS PRESS-in məlumatına görə, müstəntiqlər hazırda həbslərin birbaşa müəmmalı pilotsuz təyyarə uçuşları ilə əlaqədar olmadığını bildirirlər.

“Əl-Cəzirə” bildirib ki, onun jurnalistləri məhz bu “müəmmalı dronlardan” reportaj çəkirmişlər.

Pilotsuz təyyarələr Parisin görməli yerləri üzərində qeydə alınıb.

Paris üzərində lisenziyasız dron uçurdulması qadağandır və belə bir hərəkətə görə cinayət məcəlləsində 1 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

AFP polis mənbələrinə istinadən bildirib ki, həbs olunanlardan biri dronu idarə edir, ikincisi onu lentə alır, üçüncü isə ümumi çəkilişə nəzarət edirmiş.

Ötən ilin oktyabrında bir israilli turist Paris üzərində dron uçurtduğuna görə 400 avro cərimə edilib.

Xəbər verilir ki, ötən il ərzində Fransada ölkə boyunca pilotsuz təyyarələrin uçuşları müşahidə edilib.

Onlardan biri prezident sarayının, digəri isə Brittani körfəzindəki nüvə sualtı qayıqlarının üszərində müşahidə olunub. …read more

From:: ANS