Dəhşətli virus 9 min 500 adamı məhv etdi

“Ebola” virusundan ölənlərin sayı doqquz min beş yüzü ötüb.

ANS PRESS-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) çərşənbə günü son yaydığı açıqlamada, ölümcül virusa yoluxaraq ölənlərin sayının 9589 nəfər olduğu bildirilib.

Eyni zamanda, bu virusa yoluxanların sayı da artaraq 23 694 insan təşkil edib.

Statistikaya üç Qərbi Afrika ölkəsi – Qvineya, Liberiya və Syerra Leone daxildir. Ebola virusunun yaratdığı epidemiya nəticəsində Liberiyada 4037 nəfər ölüb, 9238 nəfər isə yoluxub. Syerra-Leonedə ölənlərin sayı bir qədər az – 3461 nəfər olsa da, yoluxanların sayı digər ölkələrdən çox – 11 301 nəfərdir. Qvineyada isə həlak olanların sayı 2091 nəfər, yoluxanların sayı 3155 nəfərdir.

Qeyd edək ki, ölüm hallarının əksəriyyəti sadalanan ölkələrdə olsa da, digər ölkələrdə də rast gəlinib. Bunlardan Malini, Nigeriyanı, Seneqalı, İspaniyanı, Böyük Britaniyanı və ABŞ-ı misal göstərmək olar. …read more

From:: ANS