Azərbaycanda seysmoloji aktivlik artdı

“2014-cü ilin anvar ayından bu günə kimi 7000-dən çox təkan baş verib”. Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ANS PRESS-ə bildirib.

“Hazırda Xəzər dənizində və bölgələrdə seysmoloji aktivlik müşahidə olunur. Bu aktivlik son illərdə Hacıqabulda maqniturası 5-dən çox olan zəlzələnin baş verməsindən və Qəbələ, Zaqatala,Balakəndə, Ağıstafa, Qazaxda baş verən zəlzələdən sonra müşahidə olunmağa başlayıb”, – deyə Qurban Yetirmişli qeyd edib. .

Onun sözlərinə görə, gün ərzində bəzən 18-19 , bəzən də 50-60 təkan qeydə alınır”, deyə Qurban Yetirmişli bildirib.

Xatırladaq ki, bu gecə səhərə yaxın Şamaxı rayonunda zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 06.34.57-də Qobustandan 20 km qərqdə qeydə alınıb. İlkin məlumata görə, yeraltı təkanlar yerin 15 km dərinliyində, episentrdə 3. bal gücündə hiss olunub.

Zəlzələ hiss olunmayıb və təbii fəlakət nəticəsində dağıntı və insan tələfatı qeydə alınmayıb. …read more

From:: ANS