Razi Nurullayev daha sərt yazdı və adları açıqladı

Saxta profillər fəlsəfəsini Azərbaycan siyasətinə bir partiya gətirib və buna təəssüf edirəm. Sədr müavinlərindən də bir-ikisi istisna olmaqla hər biri onlarla saxta profil istifadə edir. Bu çox utancverici hərəkətdir. Saxtakarlıqlara qarşı mübarizəni əlində bayraq edən partiya bunu özünə necə uyğun görə bilər?

ANS PRESS-in məlumatına görə, bu sözləri AXCP sədrinin müavini vəzifəsindən azad edilən Razi Nurullayev öz “facebook” səhifəsində yazıb.

Həmin yazını sizə təqdim edirik:

“Utanıram. Həm də yanıram. Yanıram o istismar etdiyiniz cəbhəçilər üçün. Çünki, saxta profillər real adamlar görünsün deyə, ömründə bir dəfə internetə girməyən cəbhəçilərin adından belə profilləri yaradıb sizdən fərqli düşünənləri söyür və dışlayırsınız. Bilirəm ki, bu həm də AXCP sədrinin göstərişi ilə yerinə yetirilir. Bəs harada qaldı azad söz, fərqli fikir və digərlərinin düşüncəsinə hörmət? Siz necə özünüzə digər cəbhəçilərin iradəsini zormalamığı rəva görürsünüz?

Mənim də yaxşı tanıdığım Elçin Şükürlü. Mən qəza keçirən zaman o da infarkt keçirmişdi. Bir neçə tanınmış cəbhəçi ilə onu ziyarət etdik və dəstək olmağa çalışdıq. Bilirəm ki, o çətin vəziyyətdədir və onun Facebook-a girmək imkanları da yoxdur. olsa belə, o internetdən istifadə etməyi bilmir. Bəs necə olur ki, Facebook-da məni söyür və hər bir statusun altında bülbül kimi ötür? Mən o təmiz qəlbli cəbhəçinin telefonunu mətbuata təqdim edə bilərəm.

Bəs sonsuz hörmət bəslədiyim cəbhəçi Bəxtiyar Hüseyn. Onunla telefonla da danışdım və bu saf cəbhəçi dediklərimdən pis oldu. O çətin vəziyyətə düşdü. Dedi ki, bəy, sənə qarşı yazılan şərhlərin heç biri mənə aid deyil. Mən Facebook-dan istifadə etmirəm. O, dedi ki, istifadə edən şəxsi tanıyır və onunla ağır danışacaq. Budurmu sizin söz azadlığınız və insanların fərdi həyatına və sözünə hörmətiniz? Bəxtiyar bəyin də telefonunu mətbuat nümayəndələrinə təqdim edə bilərəm. Hər ikisinin profilini şərh bölməsində paylaşacam.

Bu profilləri və onlarca digər profilləri işlədən Rəyasət Heyəti üzvünün adını bilirəm. Amma, sadəcə onun adını çəkmək də pis gəlir mənə açığı. Təbii ki, biləcəksiniz.

Keçək başqa bir müavinə. Kamal İlhamoğlu mənim təşkilatımın …read more

From:: ANS