Prezident şəlalə kompleksində

Prezident İlham Əliyev dekabrın 3-də paytaxtın Xətai rayonu ərazisindəki fəvvarələr və şəlalələr kompleksində həyata keçirilən tikinti işlərinin gedişi ilə tanış olub.

AN PRESS-in məlumatına görə, dövlət başçısının tapşırığı ilə Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün istirahət guşələrinin yaradılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Salınan yeni parklar və yaşıllıq zolaqları, bağlarda və xiyabanlarda ən müasir tələblərə cavab verən infrastrukturun yaradılması, müasir iaşə obyektləri Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi məqsədinə xidmət edən əhəmiyyətli tədbirlərdəndir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər barədə dövlət başçısına məlumat verib. Qeyd edilib ki, 150 metr uzunluğunda olan kompleks ən müasir tələblər səviyyəsində qurulacaq. Fəvvarələr və şəlalələr kompleksinin altında müasir texniki infrastruktur və idarəetmə mərkəzi yerləşəcək. Müxtəlif rəngli 700-dən artıq işıq effekti fəvvarələrə xüsusi yaraşıq verəcək. Kompleksin ətraf ərazilərində abadlıq və yaşıllaşdırma işləri aparılacaq, qranit plitələr döşənəcək, ən müasir işıqlandırma sistemi qurulacaq.

Fəvvarələr və şəlalələr kompleksində işlərin gedişi ilə yaxından tanış olan prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib. …read more

From:: ANS