Qarabağ savaş astanasında

ABŞ Atlantik Şurasının eksperti, beynəlxalq münasibətlər üzrə mütəxəssis xanım Sabinə Freyzer Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini şərh edib, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələr, həmçinin onların geosiyasi səbəbləri barədə danışıb.

ANS PRESS-in məlumatına görə, o bildirib ki, hazırda Ermənistan və Azərbaycan arasındakı münaqişə 20 il əvvəl elan olunmuş atəşkəsdən sonra ən təhlükəli mərhələdədir. Bu ilin iyulun sonunda və avqustun əvvəlində sərhəddə ciddi toqquşmalar buna misaldır, 20 hərbi qulluqçu həlak olub, ilk dəfə vertolyot vurulub. Münaqişə tərəfləri hərbi büdcələri artmağa davam edir, onlar silahlanmağa üstünlük verirlər.

Onun sözlərinə görə, təhlükəli təhdidi və səhv taktiki hesablamalar qəfl genişmiqyaslı müharibəyə gətirib çıxara bilər: “Münaqişə zonasında daha çox genişləndirilmiş beynəlxalq monitorinq keçirilməlidir. Çünki qabaqlayıcı mexanizmlərin tətbiqinə ehtiyac var.

Ekspert xatırladıb ki, beynəlxalq müşahidəçilər vaxtaşırı xəbərdarlıq edirlər ki, Ermənistan və Azərbaycan prezidentləri sülh yolunda razılaşa bilmirlər. Nə qədər ki, xalqlar bu maneənin öhdəsindən gəlmək üçün ən yaxşı variantdan – güzəştlərdən olduqca uzaqdır, həll yolu görünmür.

S.Freyzer Prezident Vladimir Putinin Türkiyəyə səfərinə də toxunub və deyib ki, tərəflər regional münaqişələr, iqtisadi əməkdaşlıq, ticarət, energetika və sair məsələləri müzakirə ediblər. Onlar Qarabağ münaqişəsi haqqında açıq-aydın danışmaq üçün vaxt tapıblar. Çünki hər iki tərəf istəmir ki, münaqişə zonasında eskalasiya daha çox kəskinləşsin. Hər iki ölkə Ermənistan və Azərbaycan üçün təhlükəsizlik zəmanətinə söz verib: “Onlar Qarabağ münaqişəsində bir-biri ilə vuruşmaq istəmirlər. Bütün hallarda Türkiyə və Rusiya əməkdaşlığı davam etməyə razılaşıb. Ukrayna və Suriya məsələsində fərqli mövqelərindən asılı olmayaraq, onlar Qarabağ münaqişəsinin həlli məsələsində birgə işləməyə etibar və yaxşı niyyət göstəriblər.” …read more

From:: ANS