Bakıda bu yol da bağlandı

Bakıda daha bir yol bağlanacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə bildiriib.

Verilən məlumata əsasən, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 10:30-dan etibarən Xocalı prospekti hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Sabit Orucov və Afiyəddin Cəlilov küçələrindən istifadə etmələri tövsiyə olunur.

Qeyd edək ki, bu gün saat 21:00-dan etibarən Bakının böyük prospektinə giriş bağlanıb. Heydər Əliyev prospektilə kəsişən küçələrdən birində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

“Paytaxın Yusif Səfərov küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Buna səbəb həmin küçədə üfiqi nişanlama işlərinin aparılmasıdır. Birinci mərhələdə Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən şəhər istiqamətində, ikinci mərhələdə isə şəhər tərəfdən Heydər Əliyev prospekti istiqamətində hərəkət məhdudlaşdırılacaq”, – deyə Pünhan Mürsəliyev bildirib.

Qeydedək ki, ərazinin sabah səhər saatlarında açılacağı planlaşdırılır. …read more

From:: ANS