Xocalı girovu: “Əllərimin içi boruya yapışıb orada qaldı”

1992-ci ildə baş vermiş Xocalı qətliamı zamanı girov düşən musiqiçi Valeh Hüseynov o gün əsir alınmasının, bir daha gitara çala bilməməsi üçün ona verilən işgəncələrin və əsirlikdən necə xilas olmasının təfərrüatlarını Qətərin “əl-Cəzirə” kanalına danışıb.

ANS PRESS-in məlumatına görə, Avropa Azərbaycan Cəmiyyəti Heydər Əliyev Fondunun prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropanın 12 şəhərində tədbirlər təşkil edir. Xocalı qətliamı qurbanlarının xatirəsini yad etmək üçün təşkil olunan tədbirlərdən biri də fevralın 23-də İstanbulda “Sonsuz dəhliz” filminin nümayişidir.

Filmdə 1992-ci il, fevralın 26-da baş verən Xocalı faciəsi şahidlərinin həyatından bəzi anlar göstərilir. Bu şahidlərdən biri də Valeh Hüseynovdur. O, həmin gün olanları, həyat yoldaşını xilas etməyə çalışarkən necə əsir alındığını, ermənilərin bu əsirin musiqiçi olduğunu bilib ona verdikləri işgəncələri və necə xilas olduğunu “əl-Cəzirə” kanalına danışıb.

“Mingəçevir şəhərində yaşayırdım, musiqi ilə məşğul olurdum. Eşitdim ki, Xocalıda atışmalar başlayıb. Doğulub böyüdüyüm şəhəri qorumaq üçün Xocalıya qayıtdım. Onda 23 yaşım var idi. Gündüzlər bankda işləyirdim, gecələr isə səngərdə keşik çəkirdim. Fürsət düşəndə də gitara çalmağa davam edirdim. Sonra isə Səadətlə evləndim” – deyə Valeh Hüseynov bildirib.

Valeh doğma yurdunu və ailəsini qorumaq üçün getdiyi Xocalıda evlənəndən 5 ay sonra erməni milisləri şəhərə daxil olublar. V.Hüseynov deyir ki, həmin gecə səngərdə deyildi, evdə həyat yoldaşı ilə birlikdə imiş: “Silahımız çox az idi, demək olar ki, yox dərəcəsində idi. Ermənilər isə şəhərə tanklarla girmişdilər. Ona görə də şəhəri tərk etmək qərarına gəldik.
Ermənilər hər tərəfdən tanklarla hücuma keçdilər. Camaat meşəyə doğru qaçdı. Biz bütün qadınları, uşaqları və yaşlıları Qarqar çayına tərəf apardıq.

Hamını ora yığandan sonra birlikdə çayı keçdik. Dağlarla və meşəliklə 10 km yol getdik. Yerdə qar var idi, yollar donub buz bağlamışdı, hava çox soyuq idi. İnsanların çoxu soyuqdan donub öldü. Yaşlılar yeriyə bilmirdi, yıxılıb yarı yolda qalırdılar. Ağdam şəhərinə 3-4 km məsafə qalmışdı ki, meşə yolu qurtardı. Dağlıq …read more

From:: ANS