Bakıda səfirlə görüş

Azərbaycan ilə Çex Respublikası arasında əmək və sosial müdafiə sahəsində birgə əməkdaşlığı nəzərdə tutan nümunəvi saziş layihəsi hazırlanıb.

ANS PRESS xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla Çex Respublikasının ölkəmizdəki səfiri Vitezslav Pivonka arasında keçirilən görüşdə bildirilib.

Görüşdə S.Müslümov Azərbaycanla Avropa İttifaqının üzvü olan Çex Respublikası arasında münasibətlərin inkişafından danışıb, iki ölkənin prezidentlərinin, eləcə də ayrı-ayrı sahələr üzrə rəsmi nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin siyasi və iqtisadi, habelə humanitar əlaqələrin güclənməsinə səbəb olduğunu, qarşıdakı dövrdə daha geniş əməkdaşlıq sahələrini əhatə etməsinə imkan yaratdığını vurğulayıb.

Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmizin əldə etdiyi mühüm tarixi nailiyyətlər barədə səfirə məlumat verən nazir ölkəmizdə əmək siyasətinin, habelə respublika əhalisinin 23 faizdən çoxunu əhatə edən sosial təminat sisteminin təkmilləşdirilməsi sahəsində aparılan islahatlardan söz açıb: “Bu gün nazirliyimiz üçün prioritet fəaliyyət sahələrindən biri də beynəlxalq əməkdaşlığın gücləndirilməsidir. Bu, bizə aparılan islahatlarda dünyanın mütərəqqi təcrübələrini öyrənməyə və tətbiq etməyə, habelə ayrı-ayrı ölkələrlə müvafiq iş sahələrində fəal təcrübə mübadilələri aparmağa imkan verir.”

Hazırda nazirliyin Avropa İttifaqının üzvü olan bir sıra ölkələrin aidiyyatı qurumları ilə əməkdaşlıq təcrübəsinə malik olduğunu söyləyən S.Müslümov deyib ki, iki ölkə arasında münasibətlərin getdikcə inkişaf etməsi bu ölkə ilə də əmək və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasına şərait yaradıb. Ötən dövrdə sosial müdafiənin bir sıra aspektləri ilə bağlı Azərbaycandan nümayəndə heyətləri Cexiyada olaraq, bu ölkənin təcrübəsini öyrəniblər.

Nazir vurğulayıb ki, Azərbaycanla Çexiya arasında əmək, əməyin mühafizəsi və məşğulluq, peşə standartlarının hazırlanması və tətbiqi, əmək bazarı statistikasının təkmilləşdirilməsi, işçi resurslarının keyfiyyətcə yüksəldilməsi, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsi və onların əmək bazarına inteqrasiyası, həssas qruplar üçün sosial xidmətlərin təşkili və digər sahələr üzrə sistemli əməkdaşlıq əlaqələrinin qurulması məqsədyönlü addım olar. Bu sahələrlə bağlı əməkdaşlığın həyata keçirilməsi üçün nümunəvi saziş layihəsi hazırlanıb və Çexiyanın aidiyyəti dövlət qurumuna göndərilməsi nəzərdə tutulub.

V.Pivonka Azərbaycan-Çexiya münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib, ölkəsinin Azərbaycanla əməkdaşlığı daim genişləndirmək əzmində …read more

From:: ANS