İlham Əliyevin nəvələri güldürdü (FOTO)

Prezident İlham Əliyevin böyük qızı Leyla Əliyevanın əkizləri – Əli və Mikayıl moda gecəsində.

ANS PRESS-in məlumatına görə, əkizlər ataları, iş adamı, müğənni bəstəkar Emin Ağalarovla birgə iş adamı olan babaları Araz Ağalarovun ticarət məkəzində baş tutan mərasimə qatılıblar.

Onlar “Krokus City Moll”da baş tutan mərasimdə ataları ilə birgə gəliblər.

Əkizlər əyləncəli halları ilə diqqət çəkiblər. Onlar atalarının əlini demək olar ki, buraxmayıblar. Əli və Mikayıl “Krokus”un mərməri üzərində əyləniblər.

Hətta sevimli halları ilə ciddiliyi ilə seçilən, tanınmış italiyalı dizayner Alberto Quardiananı belə onlara heyran qalıb.

Xatırladaq ki, dövlət başçısının nəvələrinin şəkilləri müntəzəm olaraq valideynlərinin sosial səhifəsindəki səhifələrində paylaşılır.

Ötən il Əli və Mikayıl məktəbə başlayıb. Dekabr ayında isə əkizlərin 6 yaşı qeyd edilib.

…read more

From:: ANS