Avropa şokda – 9 nəfər gülləndi

Çex Respublikasının şərqində Uherski Brod şəhərində atışma qeydə alınıb. Ötən gün baş verən hadisə nəticəsində 9 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

ANS PRESS-in məlumatına görə, yerli KİV-lər xəbər veriblər ki, silahlı şəxs Uherski Brod şəhərində bara girərək atəş açıb. Nəticədə 8 nəfəri öldürüb. Polis isə hücum edən şəxsi güllələyib.

Ölkənin rəsmi şəxsləri hücum edənin ruhi əsəb xəstəsi olduğunu ehtimal ediblər. Amma hadisənin səbəbləri haqqında ətraflı məlumat verilməyib.

Xatırladaq ki, Uherski Brod paytaxt Praqanın 300, Slovakiya sərhəddinin isə 15 kilometrliyində yerləşir. …read more

From:: ANS