Bakının tarixi yolu yenidən qurulur (XƏRİTƏ, VİDEO)

Beynəlxalq əhəmiyyətinə görə fərqlənən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəd yolu əsaslı təmir olunacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verilən məlumata görə, tikinti işlərinin intensiv və keyfiyyətli aparılması məqsədilə magistral ayrı-ayrı hissələrə bölünüb.

“Ölkə başçısı İlham Əliyevin rəhbərliyə başladığı vaxtdan etibarən magistralın Bakı-Ələt hissəsinin 2-14, 22-69-cu kilometrlik sahələrində işlər yekunlaşıb. Ələt-Hacıqabul, Hacıqabul-Kürdəmir, Kürdəmir dairəvi, Kürdəmir-Ucar, Ucar-Yexlax, Yevlax-Gəncə, Gəncə dairəvi, Gəncə-Qazax, Tovuz dairəvi, Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissələri yenidənqurulub”, – deyə Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, hazırda Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax hissələrinin əlavə 2 hərəkət zolağı tikilməklə 1-ci texniki dərəcəli 4 zolaqlı yol standartlarına çatdırılması işləri davam etdirilir.

Qeyd edək ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsi Bakıdan Gürcüstan sərhədinədək 513 kilometr məsafəni əhatə edir.

…read more

From:: ANS