Kerri Rusiyaya yalançı dedi

ABŞ-ın dövlət katibi Con Kerri bildirib ki, Rusiya nümayəndələri özlərinin Ukraynadakı fəaliyyətləri ilə bağlı dəfələrlə onun üzünə yalan danışıblar.

ANS PRESS-in məlumatına görə, o, ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsi qarşısında çıxış edərkən belə deyib.

Kerri komitə sədrinin Rusiya tərəfinin Ukraynanın şərqindəki vəziyyətlə bağlı yalan danışıb-danışmadığı barədə sualını cavablandırarkən Rusiya nümayəndələrinin yalan danışmaqda günahlandırıb:

“Rusiyada mənim soyuq müharibənin ən qızğın dövründən bu günə qədər görmədiyim ən açıq və geniş təbliğat kampaniyası dövrü yaşanmaqdadır. Onlar bir çox hallarda mənim və başqalarının üzünə duraraq həqiqəti təhrif etməkdə, yalan danışmaqda israrlıdırlar”.

Qeyd edək ki, Rusiya hakimiyyəti Ukrayna ərazisində onun nizami qoşunlarının vuruşduğunu davamlı olaraq inkar edir, lakin münaqişədə Rusiya könüllülərinin iştirak etdiyini istisna etmir. Moskva həmçinin separatçılara silah ötürdüyünü inkar edir. Qərb ölkələri isə bu bəyanatları həqiqətdən uzaq hesab edirlər. …read more

From:: ANS